EN

Piyadaları vuran motosikletli hadisə yerindən qaçdı VİDEO

Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.

Piyadaları vuran motosiklet sürücüsü hadisə yerindən qaçıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Arxangelks şəhərində müşahidə kamerasına düşən görüntülər sosial şəbəkə istifadəçilərinin böyük hiddətinə səbəb olub.

Məlumata görə, yüksək sürətlə hərəkət edən bayker yolu keçməkdə olan piyadaları görüb və onları vurmamaq üçün motosikletini aşırıb. Ancaq aşan motosiklet sürüklənərək iki piyadanı vurub. Toqquşmadan sonra yaranan qarışıqlıqdan istifadə edən sürücü, aşan motosikletini cəld iki təkər üzərinə qaldıraraq ərazidən uzaqlaşıb.

Hazırda hüquq-mühafizə orqanları müşahidə kameraları və şahid ifadələri əsasında motosikletlinin şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Sosial şəbəkələrdə istifadəçilər baykerin bu hərəkətini "alçaqlıq" adlandıraraq, onun ən ağır şəkildə cəzalandırılmasını tələb edirlər.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
43
avtosfer.az

1Sources