EN

Bu rayonlara 6 ay istilik veriləcək -

Nazirlər Kabineti "İstilik enerjisindən istifadə Qaydaları"nı təsdiq edib.Metbuat.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. Qərara əsasən, İstilik enerjisindən istifadə Qaydaları"nda Elektron Hökumət İnformasiya Sisteminin xidmət kanalı üzərindən paylayıcının informasiya sistemi vasitəsilə həyata keçirilməsi nəzərdə tutulan prosedurların təşkili təmin edilənədək həmin prosedurlar birbaşa, poçt və ya elektron poçt vasitəsilə həyata keçirilir."İstilik enerjisindən istifadə Qaydaları"nda həyata keçirilməsi nəzərdə tutulan prosedurlar tikintiyə icazə icraatı çərçivəsində tikinti obyektlərinin şəbəkəyə qoşulması ilə əlaqədar layihənin və texniki şərtlərin verilməsinə münasibətdə şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçirilir."Azəristiliktəchizat" ASC "İstilik enerjisindən istifadə Qaydaları"nda nəzərdə tutulan paylayıcının müvafiq informasiya sisteminin formalaşdırılmasını doqquz ay müddətində təmin etməlidir.1 noyabr – 1 may tarixlərində istilik verilməsi nəzərdə tutulan ərazilərin siyahısı aşağıdakı kimi müəyyən edilib:1. Ağsu rayonu2. Ağstafa rayonu3. Balakən rayonu4. Daşkəsən rayonu5. Gədəbəy rayonu6. Xaçmaz rayonu7. Xankəndi şəhəri8. İsmayıllı rayonu9. Kəlbəcər rayonu10. Qax rayonu11. Qazax rayonu12. Qəbələ rayonu13. Quba rayonu14. Qusar rayonu15. Laçın rayonu16. Lerik rayonu17. Naxçıvan Muxtar Respublikası18. Oğuz rayonu19. Siyəzən rayonu20. Şamaxı rayonu21. Şabran rayonu22. Şəki şəhəri23. Şuşa rayonu24. Tovuz rayonu25. Yardımlı rayonu

26. Zaqatala rayonu.

Chosen
4
8
metbuat.az

10Sources