EN

“Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı olub

Bakı, 4 may, AZƏRTAC

“Litera” Kitab Evində dosent Orxan Vəliyevin “MİMTA Yayımları” tərəfindən nəşr olunan “Modern Azərbaycanın doğuluşu” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, təqdimatda çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov kitabın əhəmiyyətindən danışıb. Bildirib ki, bu nəşr Azərbaycanın milli kimlik və dövlət quruculuğu tarixinə yeni elmi-nəzəri baxış təqdim edir. O, Fondun milli irsin və elmi tədqiqatların işıqlandırılması istiqamətində fəaliyyətini davam etdirəcəyini vurğulayıb.

Tədbirdə, həmçinin bp Azərbaycan şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, tarixçi Əkbər Nəcəf, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri, dosent Mətin Məmmədli, tarixçilər Nigar Gözəlova və Dilqəm Əhməd çıxış ediblər.

Çıxışlarda kitabın maarifçilikdən siyasi millətçiliyə qədər olan inkişaf yolunu elmi əsaslarla araşdırdığı, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma prosesinə siyasi nəzəriyyə prizmasından yanaşdığı qeyd olunub.

Qeyd edək ki, kitab müəllifin Türkiyədə müdafiə etdiyi dissertasiyası əsasında hazırlanaraq, əvvəlcə türk və fars dillərində nəşr edilib.

Chosen
1
1
azertag.az

2Sources