EN

“Heydər Əliyev kuboku-2026”: Üçüncü günün döyüşləri

Bakı, 4 may, AZƏRTAC

Bakıda 17 yaşadək yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir.

AZƏRTAC xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın üçüncü günündə 31 döyüş baş tutub.

Azərbaycan boksçularından 1-i finala, 10-ü yarımfinala vəsiqə qazanıb. Sabah qızlar arasında 1/2, oğlanlarda 1/4 final döyüşləri davam edəcək.

Heydər Əliyev kuboku-2026

4 may

Qızlar

1/4 final

57 kiloqram

Emiliya Beydullayeva (Azərbaycan) – Fatimə Alıyeva (Azərbaycan) – 3:2

1/2 final

48 kiloqram

Aydan İsmayıllı (Azərbaycan) – Nurgül Ocaqova (Azərbaycan) – birinci ilk raundda tam üstünlüklə qalib gəlib

63 kiloqram

Alsu Yafarova (Azərbaycan) – Elene Karçava (Gürcüstan) – 2:3

Anastasiya Çokoraya (Gürcüstan) – Aynur Vəlizadə (Azərbaycan) – birinci qalib gəlib

Oğlanlar

1/4 final

46 kiloqram

Həsrət Məmmədov (Azərbaycan) – Həsən Məhərrəmov (Azərbaycan) – 5:0

Yusif Hüseynov (Azərbaycan) – Xeyrəddin Paşayevi (Gürcüstan) – 4:1

Sərxan Əlizadə (Azərbaycan) – Maxanbet Sapar (Qazaxıstan) – 3:2

50 kiloqram

Vaqif Məhəmmədli (Azərbaycan) – Faiq Hənifəzadə (Azərbaycan) – birinci üçüncü raundda tam üstünlüklə qalib gəlib

Rəsul Babazadə (Azərbaycan) – Luka Kokaşvili (Gürcüstan) – 5:0

Azad Məmmədli (Azərbaycan) – Sahib Baxışlı (Azərbaycan) – 0:5

Rüstəm Nəsibov (Azərbaycan) – Amir Tairjanov (Qazaxıstan) – 4:1

57 kiloqram

Məhəmmədəli İstamov (Azərbaycan) – Nikita Stepoy (Moldova) – 5:0

Məmmədqulu İmanzadə (Azərbaycan) – Əli Camalzadə (Azərbaycan) – 0:5

63 kiloqram

Vəkil Qurbanov (Azərbaycan) – Fərhad Quliyev (Azərbaycan) – 5:0

75 kiloqram

Yusif Ağakişiyev (Azərbaycan) – Davud Camalzadə (Azərbaycan) – 5:0

+80 kiloqram

Mehran Rəsulov (Azərbaycan) – Uğur Həsənov (Azərbaycan) – birinci mərhələ adlayıb

Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.

Chosen
22
4
azertag.az

6Sources