EN

Ən yaxşı turizm ölkəsi seçildi

Son 10 ilin ən yaxşı turizm ölkəsi seçilib. Metbuat.az xəbər verir ki, araşdırma 1000 səyahətçinin iştirakı ilə həyata keçirilib və son 10 ilin ən yadda qalan tətil təcrübələri qiymətləndirilib. Məlumata görə, siyahının birinci pilləsində Yaponiya qərarlaşıb. Fransa və İspaniya kimi turizm nəhənglərini geridə qoyan Yaponiya, ziyarətçiləri ən çox məmnun edən istiqamət olub. Ölkə ənənəvi mədəniyyətlə müasir texnologiyanı birləşdirən xüsusiyyətləri ilə turistlərin böyük rəğbətini qazanıb.

Sorğu iştirakçılarının 37 faizi Yaponiyaya səfərini son 10 ilin ən yaxşı tətili kimi qiymətləndirib. Siyahıda Yaponiyadan sonra Kanada ikinci yerdə qərarlaşıb. Onu Yeni Zelandiya, Vyetnam və Avstraliya izləyib.

Chosen
20
metbuat.az

1Sources