EN

Netanyahu Obamanı da İrana hücuma çağırıbmış

İsrailin Baş naziri Benyamin Netanyahu vaxtilə ABŞ-nin keçmiş prezidenti Barak Obamanı İranla hərbi qarşıdurmaya sövq etməyə çalışıb.

Musavat.com xəbər verir ki, bu barədə “The New Yorker” yazıb. Obama bildirib ki, Netanyahu ona İranla bağlı hərbi zərbə lehinə sonradan Donald Trampa dediyi arqumentləri səsləndirib.

Keçmiş ABŞ prezidenti bunun İsrail xalqı və ABŞ üçün nə dərəcədə doğru addım olacağını şübhə altına aldığını deyib.

 

Musavat.com

Chosen
38
1
musavat.com

10Sources