ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında polis əməkdaşlarının iştirakı ilə atışma baş verib.
Â
"NBC News" ABŞ Məxfi Xidmətinə istinadən xəbər verir ki, insident zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları hücum edən şəxsi yaralayıb.
Â
Lakin onun vəziyyəti ilə bağlı dəqiq məlumat açıqlanmayıb.
Â
Hadisə zamanı ərazi dərhal mühasirəyə alınıb, təhlükəsizlik tədbirləri gücləndirilib.
Â
Bir müddət sonra ətraf küçələrdə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Â
Qeyd edək ki, insident ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı baş verib.
Â
Rəsmi mənbələr dövlət başçısının təhlükəsiz ərazidə olduğunu bildirib.
Â
Qeyd edilir ki, bu, son bir ay ərzində paytaxtda baş verən ikinci oxşar hadisədir.
Â
APA