Matın 4-də Bakıda "Fatimeyi-Zəhra" məscidinin yanında iki yaşlı oğlan uşağı tapılıb.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
O qeyd edib ki, azyaşlının kimliyi hələ müəyyən olunmayıb. Hazırda polis əməkdaşları tərəfindən axtarış gedir.
"Təxminən 2 yaşı olar. Bəzi sözlər deyir, adını bilmir... Goradil qəbiristanlığının Fatimeyi Zəhra Məscidinin yanında yatmış vəziyyətdə tapılıb", - deyə o əlavə edib.