Əbu-Dabi hakimiyyəti yaranmış raket təhlükəsi ilə bağlı əhaliyə təcili xəbərdarlıq edərək, sakinləri dərhal təhlükəsiz yerlərdə sığınmağa çağırıb.
Doğru.az bildirir ki, mobil telefonlara aşağıdakı məzmunlu bildiriş göndərilib:
“Mövcud vəziyyət və mümkün raket təhlükəsi səbəbindən təcili ən yaxın təhlükəsiz binada sığınacaq tapmalı, pəncərə, qapı və açıq məkanlardan uzaq durmalı, əlavə təlimatları gözləməlisiniz”.
Qeyd edək, BƏƏ Müdafiə Nazirliyinin açıqlamasına əsasən, ölkəyə dörd qanadlı raket atılıb.
Onlardan üçü ərazi suları üzərində məhv edilib, dördüncüsü isə dənizə düşüb./globalinfo
DOĞRU.AZ