EN

Hamiləlikdə dişlər niyə tökülür? - Məşhur mif dağıldı

HamilÉ™lik zamanı diÅŸlÉ™rin sürÉ™tlÉ™ xarab olmasını çox vaxt bÉ™tndÉ™ki körpÉ™nin anadan kalsium “oÄŸurlaması” ilÉ™ É™laqÉ™lÉ™ndirirlÉ™r. Lakin ekspert Veronika Sidorkoviç bu məşhur inancın É™sassız olduÄŸunu vÉ™ real sÉ™bÉ™blÉ™rin tamamilÉ™ fÉ™rqli olduÄŸunu açıqlayıb.

Ölkə.az xəbər verir ki, mütəxəssis diş emalının qana kalsium ötürmək kimi bir funksiyasının olmadığını, orqanizmdə formalaşmış dişdən kalsiumu çıxarıb dölə yönləndirəcək hər hansı bioloji mexanizmin mövcud olmadığını bildirib.

Sidorkoviç vurğulayıb ki, hamilə qadınların dişlərini məhv edən "ac döl" deyil, ağız boşluğunda yaranan aqressiv kimyəvi mühitdir.

Hormonal dəyişikliklər tüpürcəyin pH balansını turşuluğa doğru dəyişir, qoruyucu fosfat və kalsiumun konsentrasiyası isə aşağı düşür. Bu təbii müdafiənin zəifləməsi fonunda toksikoz zamanı yaranan qusma və turşu diş emalının birbaşa kimyəvi aşınmasına, yəni eroziyasına yol açır. Üstəlik, yorğunluq səbəbindən diş gigiyenasına laqeyd yanaşılması və tez-tez edilən qəlyanaltılar dişlərin sürətlə çürüməsinə və tökülməsinə səbəb olur.

Ekspertin fikrincə, bu proseslər tamamilə fizioloji xarakter daşıyır və düzgün qulluqla qarşısı alına bilər.(publika)

Chosen
7
3
olke.az

4Sources