EN

Gəncədəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Ə.Arazov küçəsində yerləşən zavodda yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə "Report"a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Gəncədəki yanğın məhdudlaşdırılıb - YENİLƏNİB

Samux rayonunun ərazisində güclü yanğın başlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın Samux-Gəncə yolunun kənarında günəbaxan tumu istehsalı fabrikində qeydə alınıb.

Alovun qarşısını almaq üçün Samux və Gəncədən 10 yanğınsöndürən avtomobil və xeyli sayda canlı qüvvə cəlb olunub.

Chosen
28
32
far.az

10Sources