
İranın "Tasnim" xəbər agentliyi hərbi dairələrdəki mənbəyə istinadən xəbər verir ki, ABŞ Hörmüz boğazında iki yük gəmisinə hücum edib.
AFN.az xəbər verir ki, mənbələr hücum nəticəsində azı beş nəfərin həlak olduğunu bildiriblər. Məlumata görə, mülki yük daşıyan gəmilər Omanın Xasab limanından İran sahillərinə doğru hərəkət edirmiş.
Hadisə ABŞ-ın bir neçə İran katerini batırması ilə bağlı yayılan xəbərlərin yoxlanılması zamanı məlum olub. Bundan əvvəl "Associated Press" agentliyi ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuperə istinadən ABŞ hərbi helikopterlərinin Hörmüz boğazında İranın altı kiçik katerini batırdığını xəbər vermişdi.
İran tərəfi isə bu iddiaları təkzib edərək, 4 may tarixində ABŞ tərəfindən heç bir İran hərbi dəniz vasitəsinin batırılmadığını bəyan edib. Tehran rəsmiləri ABŞ-ın mülki hədəfləri vurduğunu iddia edir.