EN

Barselona Ferran Torreslə danışıqları dayandırıb

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

Ferran Torresin "Barselona"dakı gələcəyi qeyri-müəyyəndir, klubla oyunçu arasında müqavilənin uzadılması ilə bağlı danışıqlar dayandırılıb. Sport24.az xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bəzi mənbələr hesab edir ki, "Barselona" 26 yaşlı ispaniyalı ilə müqaviləni yeniləməmək qərarına gəlib. Buna görə də, hücumçunun 2027-ci ildə klubu azad agent kimi tərk etməsi mümkündür.

Torres 2022-ci ilin yanvarından "Barselona"da oynayır. Onun klubla mövcud müqaviləsi 2027-ci ilin yayında başa çatır. 

Qeyd edək ki, hücumçu 2025/26 mövsümündə 46 matçda 20 qol vurub və 2 məhsuldar ötürmə edib.

"Transfermarkt" portalı onun transfer dəyərini 50 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
sport24.az

1Sources