EN

Medvedev İrəvandakı sammit iştirakçılarını təhqir etdi - FOTO

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII sammiti ilə bağlı qalmaqallı paylaşım edib.

Bizim.Media xəbər verir ki, Medvedev sammitdə iştirak edən bəzi liderlərin ingilis dilində danışmasını tənqid edib.

O, paylaşımında İrəvanda rus dilində sərbəst danışa bilən iki şəxsin “pis ingiliscə” söhbət etdiyini yazıb.
 

“Bu gün İrəvanda rus dilində əla danışan iki bacarıqsız rusofob öz natamamlıqları səbəbindən pis ingiliscə söhbət edirdi. Hərçənd, tamamilə mümkündür ki, bu, kamera üçün idi, sonra isə onlar özlərinə alışdıqları böyük və qüdrətli dildə danışdılar”, - deyə Medvedev bildirib.


Rusiya rəsmisi paylaşımının sonunda ABŞ Prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vensin həmin şəxslərdən ingilis dili üzrə imtahan götürməsinin çatışmadığını da istehza ilə qeyd edib.

Qeyd edək ki, Avropa Siyasi Birliyinin VIII sammiti mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçirilib.


Bizim.Media

Chosen
19
1
bizim.media

2Sources