EN

Volkan Demirel yenə istefaya göndərildi

Türkiyənin “Gənclərbirliyi” klubunda yenə məşqçi istefası baş verib.

Msport.az xəbər verir ki, Ankara təmsilçisi Volkan Demirelle yollarını ayırıb. Ötənlərin məşhur qapıçısı ilə müqaviləyə qarşılıqlı razılıq yolu ilə xitam verilib.

Qeyd edək ki, Volkan Demirel bu ilin mart ayının 5-də “Gənclərbirliyi”nin “sükanı” arxasına keçmişdi. Qeyd edək ki, 2025-ci ildə də o, paytaxt klubunda cəmi 2 ay işləyə bilmişdi.

“Gənclərbirliyi” 32 turdan sonra 28 xalla 16-cı yeri tutur. Komanda təhlükəli zonadadır.

 

 

 

Chosen
17
msport.az

1Sources