EN

Ölkədə 1 gündə 145 nəfər saxlanıldı – DİN-dən əməliyyat

Mayın 4-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

Bu barədə "Yeni Sabah"a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində axtarışda olan ümumilikdə 145 nəfər saxlanılıb. Onlardan 117-si borclu şəxs qismində axtarışda olanlardır və aidiyyəti üzrə təhvil veriliblər.

Bildirilib ki, narkotiklərlə əlaqəli 17 fakt, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 5 fakt müəyyən edilib.

Bundan başqa, cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Qeyd edək ki, hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Chosen
34
3
yenisabah.az

10Sources