EN

Azərbaycanda bir gündə 50 cinayətin açılması təmin edilib

Mayın 4-də Azərbaycanda qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması təmin edilib.


Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.


Məlumata görə, axtarışda olan 145 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 117 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.


Polis əməkdaşları narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən ediblər.


Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Aytac

Chosen
23
10
anews.az

10Sources