EN

Rəqəmsal cihazlardan istifadə kiçik yaşlı şagirdlərin beyin inkişafına mənfi təsir göstərə bilər?- ÖZƏL

"İsveç hökuməti məktəblərdə noutbuk və planşetlər əvəzinə kağız dərsliklər və dəftərlərdən istifadəni dəstəkləyir. Rəqəmsal alətlərdən imtina etmək yeniyetmələr arasında savadlılığın azalması tendensiyasını dayandırmaq və ölkənin PISA(şagirdlərin sadəcə nə bildiyini deyil, bildiyini necə istifadə etdiyini ölçən qlobal test sistemidir.)  beynəlxalq qiymətləndirmə proqramında nəticələrini yaxşılaşdırmaq məqsədi daşıyır". Bunu "Olaylar"a İqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib: "İsveç məktəblərində rəqəmsallaşmaya keçid 2000-ci illərin sonu - 2010-cu illərin əvvəllərində başlamışdı. 2015-ci ilə qədər şagirdlərin təxminən 80%-i təhsil üçün noutbuk və planşetlərdən istifadə edirdi. 2019-cu ildə hökumət planşetlərdən istifadəni hətta məktəbəqədər proqramlara da daxil etmişdi.
Vəziyyət 2022-ci ildə yeni hökumətin hakimiyyətə gəlməsi ilə dəyişdi. Yeni qərarlara əsasən, 2025-ci ildən etibarən məktəbəqədər müəssisələr artıq rəqəmsal təhsil alətlərindən istifadə etməyə məcbur deyil, iki yaşdan kiçik uşaqlara isə planşetdən istifadə qadağan olunub. 2026-cı ilin avqustundan etibarən məktəblərdə mobil telefonların istifadəsi də qadağan ediləcək.
Hazırkı hökumətin mövqeyi araşdırmalarla əsaslandırılır. Bu tədqiqatlara görə, ekrandan oxumaq məlumatın mənimsənilməsini çətinləşdirə və diqqətin cəmlənməsini azalda bilər. Həmçinin rəqəmsal cihazlardan istifadə kiçik yaşlı şagirdlərin beyin inkişafına mənfi təsir göstərə bilər.
Bununla belə, islahat ekspertlər tərəfindən birmənalı qarşılanmayıb. Bəzi mütəxəssislər hesab edir ki, məktəblərdə rəqəmsal texnologiyalardan imtina məzunların əmək bazarındakı imkanlarına və ümumilikdə ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər. Digərləri isə imkanlı və aztəminatlı ailələrdən olan uşaqlar arasında "rəqəmsal uçurum"un yaranacağını proqnozlaşdırır, çünki hər kəs texniki vasitələr əldə etmək imkanına malik deyil".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
olaylar.az

1Sources