EN

Ursula fon der Lyayen: Aİ-Ermənistan tərəfdaşlığı yeni səviyyəyə yüksəlir

BAKI, 5 may. TELEQRAF

İrəvanda Avropa İttifaqı (Aİ) və Ermənistan arasında ilk sammit keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Ermənistanı isə Baş nazir Nikol Paşinyan təmsil edirlər.

Avropa Komissiyasının rəhbəri bildirib ki, qurum və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıblar. O, hazırda əməkdaşlığın tamamilə yeni səviyyəyə yüksəldildiyini vurğulayıb.

Antonio Koşta isə qeyd edib ki, bu görüş tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm mərhələdir.

O vurğulayıb ki, Ermənistanın son illərdə əldə etdiyi nailiyyətlər vətəndaşlar və biznes dairələri üçün real faydalar gətirmək məqsədilə unikal imkanlar yaradıb.

Chosen
3
teleqraf.com

1Sources