EN

Meksikadan İsrailə sərt etiraz - “Beynəlxalq hüquq pozulub”

Meksika Xarici İşlər Nazirliyi İsrail hökuməti tərəfindən “Sumud Global Fleet” missiyasının gəmilərinin açıq dənizdə saxlanılmasına sərt etiraz bildirib və bu addımı naviqasiya azadlığının pozulması kimi qiymətləndirib.

Redaktor.az xəbər verir ki, Meksika Xarici İşlər Nazirliyi yaydığı bəyanatda bu hərəkəti beynəlxalq hüququn fundamental prinsiplərinin kobud şəkildə pozulması kimi xarakterizə edib.

Bəyanatda qeyd olunub: “Meksika donanmanın saxlanılmasına qarşı dərin və qəti etirazını bir daha bildirir. Bu hərəkət beynəlxalq hüququn əsas prinsiplərinin pozulmasıdır və buna heç bir halda dözülməz.”

Məlumata görə, saxlanılan gəmilərdən birində olan meksikalı qadın Yunanıstan hökuməti və Türkiyə hökuməti diplomatlarının köməyi ilə azad edilib. Nazirlik hazırda digər saxlanılmayan gəmilərdə olan yeddi Meksika vətəndaşı ilə əlaqə saxlamağa davam edir.

Qeyd olunub ki, aprelin sonlarında İsrail Hərbi Dəniz Qüvvələri beynəlxalq sularda “Sumud Global Fleet”ə aid onlarla gəmini saxlayıb. 100-dən çox gəmidən ibarət mülki təşəbbüs Qəzza zolağına humanitar yardım aparmaq məqsədi daşıyırdı. Hadisə zamanı onlarla beynəlxalq fəalın saxlanıldığı bildirilir.

Aminə ŞAHSUVARQIZI

Chosen
6
1
redaktor.az

2Sources