EN

Ağ Evdə məğlubiyyət ssenarisi: Demokrat Konqresə qarşı mübarizə yolları hazırlanır

Ağ Ev administrasiyasında payız ara seçkilərində hakim Respublikaçı Partiyasının mümkün məğlubiyyətinə hazırlıqlar başlayıb.

Məlumatı "The Washington Post" (WP) qəzeti yayıb.

Nəşr iki adı çəkilməyən mənbəyə istinadən xəbər verir ki, Ağ Evin Hüquq Məsləhətçiləri Ofisi ABŞ hökumətinin icra hakimiyyətində "siyasi təyinatlılar üçün şəxsi brifinqlər keçirir" və noyabr seçkilərində "Demokrtaların ehtimal olunan əhəmiyyətli qələbələrindən" sonra Konqres nəzarətinin artırılmasına necə hazırlaşmağın ən yaxşı yolunu izah edir. Belə bir brifinqdə iştirak edən mənbələrdən biri noyabr ayında Respublikaçıların məğlubiyyəti barədə "bunun çox ehtimal olunduğu hər kəs üçün aydındır" deyib. O, bu hazırlıq işini "ayıq söhbət" adlandırıb.

WP hesabatına görə, ABŞ administrasiyasında Respublikaçı Partiyasının perspektivindən "ən pis ssenarilərə hazırlaşmağın vaxtıdır" kimi hisslər artmaqdadır.

"Politico"nun materialında da oxşar proqnozlar verilir. Bildirilir ki, Respublikaçılar Partiyasının sıravi üzvləri arasında ümidsizlik hökm sürür. Ağ Evə yaxın siyasi strateq nəşrə bildirib ki, "Amerikalıların əksəriyyəti ilk dəfə olaraq Prezident Donald Trampın iqtisadiyyatı düzgün idarə etmək qabiliyyətinə etibar etmir. Əgər o və komandası bu reallıqları dəyişdirməsə, respublikaçılar noyabr ayında bunun üçün çox pul ödəyəcəklər".

Qeyd edək ki, ABŞ-da ara seçkilər 3 noyabrda keçiriləcək. Bu seçkilər Senatın üçdə birinin və Nümayəndələr Palatasının hamısının yenidən seçkilərini əhatə edəcək. Hər iki palata hazırda respublikaçılar tərəfindən idarə olunur.

Musavat.com 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
2
1
olaylar.az

2Sources