EN

“Qarabağ”da heyət problemi: Medina da sıradan çıxdı

ain.az, sport24.az saytına istinadən bildirir.

"Qarabağ" Misli Premyer Liqasının 31-ci turunda daha bir futbolçusunun xidmətindən yararlana bilməyəcək. Sport24.az xəbər verir ki, söhbət Kevin Medinadan gedir.

30-cu turda "Turan Tovuz"a qalib gəldikləri (2:1) matçda sarı vərəqə görən 33 yaşlı müdafiəçi cari mövsümdə dördüncü dəfə belə halla üzləşib. Bu isə onun "Qəbələ" ilə səfər matçını buraxacağı anlamına gəlir.

Ağdam təmsilçisinin heyətində başqa zədəli və cəzalı oyunçular da var. Qapıçı Şahrudin Məhəmmədəliyev, müdafiəçi Bəhlul Mustafazadə zədədən sonra meydana çıxmayıblar. Abbas Hüseynov və Elvin Cəfərquliyev daxili intizam qaydalarını pozduqları üçün əvəzedici heyətə göndərilib. Digər müdafiəçisi Sami Mmae müqavilə ilə məxsus olduğu Xorvatiyanın "Dinamo" klubuna qayıdıb. Musa Qurbanlı isə ötən gün məhz "Turan Tovuz"la oyunun əvvəlində zədələnib. 

Qeyd edək ki, "Qarabağ" "Qəbələ" ilə mayın 9-da üz-üzə gələcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
sport24.az

1Sources