EN

DİN rəsmisi: Bölgələrdən paytaxta gələn sürücülər üçün məhdudiyyət olmayacaq

BAKI, 5 may. TELEQRAF

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) zamanı bölgələrdən paytaxta gələn sürücülər üçün məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur.

Teleqraf xəbər verir ki, bu sözləri WUF13 Şəhərsalma Forumunda nəqliyyatın təşkili ilə bağlı keçirilən brifinqdə DİN-in Nəqliyyatı İdarəetmə Mərkəzinin rəisi Namid Piriyev deyib.

O qeyd edib ki, COP29 dövründə olduğu kimi rayonlardan paytaxta gəlmək üçün postların qurulması planlaşdırmır.

“Yalnız forumun rəsmi açılış günü – 18 may tarixində qısamüddətli xarakter daşıya bilər.
Həmçinin paytaxtın cənub istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkətində dəyişikliklər ola biləcəyi istisna edilmir”.

Chosen
62
1
teleqraf.com

3Sources