EN

“Neftçi” Yevlax səfərində

Bu gün Misli Premyer Liqasında 30-cu tura yekun vurulacaq. 

Hit.az xəbər verir ki, son oyun günündə bir matç keçiriləcək. Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olacaq. 

Hazırda paytaxt klubu 47 xalla 5-ci, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb. Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb - 2:1.

5 may (çərşənbə axşamı)

16:00. “Karvan-Yevlax” - “Neftçi” 

Yevlax şəhər stadionu

Chosen
33
1
hit.az

10Sources