EN

Zelenski: Rusiya gecə saatlarında energetika və kritik infrastrukturlara hücum edib, həlak olanlar var

“Gecə saatlarında ruslar Poltava bölgəsində enerji infrastrukturuna hücum ediblər. Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları artıq hadisə yerində olarkən, onlar yenidən raketlə, çox qorxaqcasına atəş açıblar, baş verən yanğın söndürülüb. Hazırda onlarla insanın yaralandığı məlumdur. Təəssüf ki, iki xilasedici də daxil olmaqla dörd nəfər həlak olub. Bunlar 50-dən çox hücumun nəticələrini aradan qaldıran Ukrayna Qəhrəmanı Viktor Kuzmenko və 20 ildən çoxdur Dövlət Fövqəladə Hallar Xidmətində çalışan Dmitri Skrıldır”.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Prezident rusların Xarkov bölgəsinə də zərbə endirdiyini vurğulayıb.

“Burada dörd nəfər yaralanıb. Təəssüf ki, bir nəfər həlak olub. Başsağlığı verirəm. Dnepr bölgəsində vacib infrastruktura hücum edilib. Bölgədə üç nəfər yaralanıb. Pavloqradda elektrik xətləri zədələnib və minlərlə ailə işıqsız qalıb. Zaporojye və Kiyev bölgələrinə də hücumlar olub və orada üç nəfər yaralanıb. Ümumilikdə, həmin gecə Rusiyanın əsas hədəfləri energetika infrastrukturumuz olub”, - deyə Zelenski qeyd edib.

Ukrayna Prezidentinin sözlərinə görə, hər gün bu cür raket və dron hücumları həyata keçirərkən, təbliğat xarakterli bayramlar keçirmək üçün əvvəlcədən sükut istəmək mütləq bir həyasızlıqdır. “Rusiya hər gün atəşi kəsə bilər, bu, müharibəni və cavab tədbirlərini dayandıracaq. Sülh lazımdır və bunun üçün real addımlar tələb olunur. Ukrayna adekvat tədbirlər görəcək”, - deyə Zelenski vurğulayıb.

Chosen
28
3
herbiand.az

10Sources