Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində "VAZ-2107" markalı avtomobili sürücülük hüququ olmayan azyaşlıya idarə etməsi üçün verən şəxsin Gəncə şəhər sakini S. Əliyev olması müəyyən edilib. Avtomobil sahibi ilə profilaktiki söhbət aparılaraq barəsində inzibati tənbeh tədbiri görülüb.
*** 4 aprel, 21:54
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Avtosfer.az-a bildirilib ki, görüntülərlə bağlı polis əməkdaşları tərəfin araşdırma aparılır, məsələyə hüquqi qiymət veriləcək.
*** 4 aprel, 18:00
Son vaxtlar yetkinlik yaşına çatmayan şəxslərin sükan arxasına keçərək ad günlərini qeyd etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə geniş yayılıb.
Avtosfer.az xəbər verir ki, bu cür videolarda azyaşlılar sürücülük vəsiqəsi olmadan valideynlərinə, yaxud yaxınlarına məxsus avtomobilləri idarə edir, hərəkətdə olan nəqliyyat vasitəsi ilə ad günü tortuna yaxınlaşaraq üzərindəki şamları söndürməklə “qeyd etmə” mərasimi keçirirlər. Bəzi hallarda isə sükan arxasında daha kiçik yaşlı uşaqların əyləşdiyi müşahidə olunur.
İlk baxışdan əyləncə və ya uşaqlıq arzusu kimi təqdim olunan bu davranış əslində həm qanunvericiliyin tələblərinə ziddir, həm də ciddi təhlükə mənbəyidir. Narahatedici məqam isə bu cür görüntülərin sosial platformalarda getdikcə artması və müəyyən mənada təqlid olunmasıdır.
Məsələ ilə bağlı növbəti görüntü “TikTok” sosial platformasında paylaşılıb.
Kadrlardan görünür ki, 10 yaşlı oğlan “VAZ-2107” markalı avtomobili idarə edərək ad günü tortuna yaxınlaşır və şamı dəyişir. Bu zaman avtomobilin ön sərnişin oturacağında yetkin şəxsin əyləşdiyi də aydın görünür.
Videoda diqqət çəkən digər məqam isə avtomobilin dövlət qeydiyyat nişanının çıxarılmış olmasıdır. Bu halın məsuliyyətdən yayınmaq məqsədi daşıdığı ehtimal edilir.
İddialara görə, hadisə Gəncə şəhərində lentə alınıb.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.