EN

İrəvandakı tədbirə etiraz

Ermənistanda keçirilən sammit fonunda yerli hakimiyyətə qarşı ittihamlar davam edir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, yerli hüquq müdafiəçisi, “Sağlamlığa hüquq” QHT-sinin təsisçisi Anuş Poqosyan İrəvanda prezident iqamətgahı qarşısında keçirilən aksiya zamanı hakimiyyəti və Avropa rəsmilərini tənqid edib.

O iddia edib ki, Ermənistan hakimiyyəti “Avropa dəyərləri” barədə danışsa da, reallıqda ölkədə söz azadlığının məhdudlaşdırılması, siyasi təqiblər və həbslər mövcuddur.

Poqosyan bildirib ki, aksiyanın məqsədi məhz bu məsələlərə diqqət çəkməkdir. Onun sözlərinə görə, son günlər ərzində ölkədə “Avropa dəyərləri” tez-tez səsləndirilsə də, real vəziyyət bununla uyğun gəlmir. Poqosyana görə, Avropa rəsmiləri mövcud problemləri görməzlikdən gəlir və bunu siyasi maraqlarla izah edib.

Musavat.com

Chosen
15
musavat.com

1Sources