EN

“Hörmüz boğazı hərbi yolla həll olunmaz” - Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin “Azadlıq Layihəsi” çərçivəsində Hörmüz boğazına müdaxilə planını pisləyib və bunun yalnız gərginliyi artıracağını, Vaşinqtonu yeni regional böhrana sürükləyə biləcəyini bildirib.

Redaktor.az xəbər verir ki, Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.

O qeyd edib ki, Hörmüz boğazı ətrafında baş verən son hadisələr siyasi böhranın hərbi yolla həllinin mümkün olmadığını göstərir.

Nazir əlavə edib ki, Pakistanın diplomatik səyləri fonunda danışıqların irəlilədiyi bir vaxtda ABŞ-ın yenidən “bataqlığa sürüklənmək” riskindən çəkinməsi lazımdır və Birləşmiş Ərəb Əmirlikləri də bu istiqamətdə diqqətli olmalıdır.

Əraqçi bildirib ki, “Azadlıq Layihəsi” əslində “çıxılmaz vəziyyət layihəsinə” çevrilib.

Aminə ŞAHSUVARQIZI

Chosen
23
1
redaktor.az

2Sources