EN

"Hakimlər bizə qarşı ədalətli olsaydılar, turnir cədvəlində daha yüksək yeri tuta bilərdik" - MÜSAHİBƏ

"Sumqayıt"ın futbolçusu Rüstəm Əhmədzadə Sportal.az saytına müsahibə verib.

- “Kəpəz"lə oyunun son beş dəqiqəsində buraxdığınız qollar mübahisələrə səbəb oldu. Bu barədə nə deyəcəksən?

- Oyunun artıq qazanıldığını düşünürdüm. Amma hakimin müdaxiləsi hər şeyi dəyişir. Bu mövsüm artıq neçənci oyundur ki, hakimlər qəribə qərarlar verirlər. Ən əsası da, hər dəfə "Sumqayıt"a qarşı olur.

- İlk hissədə mübahisəli ofsayd səbəbindən qollarınızdan biri ləğv edildi və sonra qapınıza hələ də müzakirəsi gedən iki penalti təyin edildi. Oyunun hakimliyi haqda nə düşünürsən?

- Bilmirəm, mənim fikrimcə, qol vurduğumuz epizodda ofsayd yox idi. Epizod yalnız bir rakursdan idi. Epizodu da düzgün göstərmirlər. Epizodu yenidən izlədim və 50/50-ə idi. Amma maraqlıdır ki, 50/50-ə olan epizodların hamısı hər zaman “Sumqayıt"a qarşı olur.

- Dediyin kimi, "Sumqayıt"ın matçında belə bir şeyin baş verməsi ilk dəfə deyil. Mövsüm ərzində komandaya ədalətsiz görünən bir neçə qərar olub. Əslində, üç halda Hakimlər Komitəsi də sizə qarşı qərarların səhv olduğunu açıqlayıb. Bunun səbəbini nədə görürsən?

- Səbəbini bilmirəm. Amma hakim qərarları bəzən bizi “öldürür”... Telefonumda dəfələrlə mənə qarşı qayda pozuntusu olan, amma penalti verilməyən epizodlar saxlamışam. Bəlkə də hakimlər mənə belə yanaşırlar ki, mənə qarşı qayda pozuntusu varsa, 10-dan birini vermək lazımdır. Bilmirəm. Hakimlərin dəfələrlə səhv etməsi və həmişə bizə qarşı səhv etməsi kədərlidir...

- Hakim səhvləri və itirilən xallar olmasaydı, komanda turnir cədvəlində daha yüksək yeri tuta bilərdi?

- İndi bir çox şeydən danışmaq olar. Amma reallıq var. Hakim səhvləri çox idi və onlar demək olar ki, hər dəfə bizə qarşı işlədi. Hakimlər bizə qarşı ədalətli olsaydılar, turnir cədvəlində daha yüksək yeri tuta bilərdik.

- Amma komanda özü də mövsümə yaxşı başladı. Lakin sonradan eniş yaşandı. Bunun səbəbi nə idi? Xüsusilə qış fasiləsindən sonra...

- Nəsə demək çətindir. Bu sualın cavabını bilmirəm.

Mirbağırağa

 

saytlarin hazirlanmasi

Chosen
23
1
sportal.az

2Sources