"Avtobus zolaqlarında olduğu kimi müəyyən vaxt çərçivəsində digər nəqliyyat vasitələrinin nəzərdə tutulan zolaqdan istifadəsinə icazə verilməyəcək”. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev isə əlavə edib ki, tədbir üçün nəzərdə tutulan nəqliyyat vasitələrinin istifadəsinə veriləcək zolaqlara digər nəqliyyat vasitələri girər və istifadə edərlərsə, sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar:
"Müəyyən edilmiş vaxt çərçivəsindən kənar vaxtda avtobus zolaqlarına daxil olan digər nəqliyyat vasitələrini idarə edən sürücülərə tətbiq olunan inzibati məsuliyyət WUF13 üçün yaradılacaq zolaqlardan istifadə edəcək sürücülərə də şamil olunacaq”.