EN

Yüksək vəzifə verilən Nərgiz Şərifova kimdir?

Xəbər verdiyimiz kimi, Nərgiz Talıb qızı Şərifova Bakı Baş Səhiyyə Mərkəzinə direktor müavini təyin edilib.
BUTA.TV Bizim.Media-a istinadla yeni direktor müavininin dosyesini təqdim edir: Nərgiz Şərifova 1997-ci ildə Bakı şəhər 25 saylı orta məktəbi bitirib. 1997-2003-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 2002-2003-cü illərdə M.Nağıyev adına RTTYX-nın RİTŞ-də tibb bacısı vəzifəsində çalışıb. 2003-2004-cü illərdə Azərbaycan Tibb Universitetində həkim-pediatr ixtisası üzrə internaturanı tamamlayıb. 2004-2016-cı illərdə K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim, daha sonra şöbə müdiri vəzifələrində işləyib. 2016-2020-ci illərdə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini, 2020-2022-ci illərdə Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri olaraq fəaliyyət göstərib. 2023-cü ildən hazırkı təyinatınadək Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının assistenti, ATU Tədris Cərrahiyyə Klinikasının Yenidoğulmuşların intensiv terapiyası şöbəsində həkim-neonatoloq vəzifəsində çalışıb.

N.Şərifova 1-ci dərəcə dövlət qulluqçusudur.

Chosen
6
18
buta.tv

10Sources