Hazırda Qarabağ Universitetində magistratura səviyyəsi üzrə qəbul aparılmır.
News365.az xəbər verir ki, bu barədə Qarabağ Universitetindən bildirilib.
Qeyd olunub ki, 2026-2027-ci tədris ili üçün magistratura qəbulunun olub-olmayacağı ilə bağlı hələlik rəsmi qərar verilməyib:
"Qərar qəbul edildiyi təqdirdə ictimaiyyətə əlavə məlumat veriləcək. Universitet yeni fəaliyyətə başladığı üçün təhsil pillələri ilə bağlı qərarlar mütəmadi olaraq yenilənir"./// Milli.az