EN

Sergey Şoyqu Putinə qarşı hərbi çevriliş edə bilər

2026-cı ilin mart ayının əvvəlindən bəri Kreml və Rusiya Prezidenti Vladimir Putinin özü həssas məlumatların potensial sızması, eləcə də Rusiya liderini hədəf alan sui-qəsd və ya dövlət çevrilişi cəhdi riski ilə bağlı narahatdırlar.

Missiya.Az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Bildirilib ki, o xüsusilə Rusiya siyasi elitasının üzvləri tərəfindən mümkün sui-qəsd cəhdi üçün dronlardan istifadəyə ehtiyatla yanaşır.

Lakin ən təəccüblü nəticə Putinin keçmiş sirdaşı, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə bağlıdır.

Qeyd olunub ki, keçmiş müdafiə naziri Sergey Şoyqu hərbi ali komandanlıq daxilində əhəmiyyətli təsirini saxladığı üçün çevriliş riski ilə əlaqələndirilir.

Daşqın HəsənovMissiya.Az

Chosen
44
missiya.az

1Sources