EN

Azərbaycanda ana ölümləri: regionlar üzrə STATİSTİKA

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025-ci ildə Azərbaycanda ana ölümü üzrə 26 hal qeydə alınıb və bu göstərici hər 100 min diri doğulana 27,1 təşkil edib. 

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib. 

Məlumata görə, 2025-ci il üzrə regionlar üzrə bölgü göstərir ki, qeydə alınan 26 halın 10-u şəhər yerlərində, 16-sı isə kənd yerlərində baş verib. Belə ki, Bakı şəhərində ümumilikdə 4 hal qeydə alınıb və bunlardan 2-si Sabunçu rayonunda, hərəsi 1 olmaqla isə Suraxanı və Yasamal rayonlarında baş verib. Bakı şəhərinin digər rayonlarında isə belə hal qeydə alınmayıb.

Naxçıvan iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Naxçıvan şəhərində, 1-i Babək rayonunda, 2-si isə Kəngərli rayonunda baş verib. Abşeron-Xızı iqtisadi rayonunda 1 belə hal qeydə alınıb və bu hal Sumqayıt şəhərində baş verib. Gəncə-Daşkəsən iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Gəncə şəhərinin payına düşür.

Qarabağ iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü qeydə alınıb. Bu halların 1-i Ağcabədi rayonunda, 3-ü isə Bərdə rayonunda baş verib. Qazax-Tovuz iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Qazax rayonunda qeydə alınıb. Quba-Xaçmaz iqtisadi rayonunda isə Quba və Qusar rayonlarından hər birində 1 nəfər olmaqla ümumilikdə 2 hal qeydə alınıb.

Lənkəran-Astara iqtisadi rayonunda ümumilikdə 4 ana ölümü halı qeydə alınıb. Bu halların 2-si Cəlilabad rayonunda, 1-i Lənkəran rayonunda, 1-i isə Yardımlı rayonunda baş verib. Mərkəzi Aran iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Kürdəmir rayonunda qeydə alınıb. Mil-Muğan iqtisadi rayonunda 2 ana ölümü qeydə alınıb və hər iki hal İmişli rayonunun payına düşür. Şəki-Zaqatala iqtisadi rayonunda 1 hal qeydə alınıb və bu hadisə Şəki rayonunda baş verib. Şirvan-Salyan iqtisadi rayonunda da 1 ana ölümü qeydə alınıb və bu hal Hacıqabul rayonunda qeydə alınıb.

Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında isə 2025-ci il ərzində ana ölümü halı qeydə alınmayıb.

Xatırladaq ki, əvvəlki illərin göstəricilərinə nəzər saldıqda, 2020 və 2021-ci illərdə hər birində 20 nəfər olmaqla ana ölümü qeydə alınıb, 2022-ci ildə bu rəqəm 18 nəfər olub. 2023-cü ildə kəskin artım baş verərək 33 nəfərə yüksəlib, 2024-cü ildə isə 29 ana ölümü qeydə alınıb. 

Məlumat üçün qeyd edək ki, statistikaya hamiləlik, doğuş və zahılıq dövründə baş verən ölümlər daxildir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
35
2
modern.az

3Sources