EN

Meloni Bakıya niyə gəldi? İtaliya ilə 13 illik fasilədən sonra mühüm razılaşma

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni arasında Bakıda mühüm təkbətək görüş keçirilib. Görüş zamanı iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və gələcək perspektivləri ətraflı müzakirə olunub. Liderlər Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Cənub Qaz Dəhlizi və TAP layihəsinin genişləndirilməsi məsələlərinə xüsusi diqqət yetiriblər. Tərəflər iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi ilə yanaşı, hərbi-texniki əməkdaşlıq sahəsində yeni imkanları dəyərləndiriblər. Ciorcia Meloninin bu səfəri son 13 ildə İtaliya hökumət başçısının ölkəmizə ilk rəsmi səfəri olması baxımından tarixi əhəmiyyət kəsb edir. Söhbət zamanı həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa işlərində İtaliya şirkətlərinin fəal iştirakı yüksək qiymətləndirilib. Yekunda hər iki lider qarşılıqlı münasibətlərin bütün sahələrdə dinamik şəkildə inkişaf etməyə davam edəcəyinə əminliklərini ifadə ediblər.Görüşü şərh edən Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, bu səfər Azərbaycan-İtaliya münasibətlərinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir."Son illərdə iki ölkə arasında əlaqələr artan dinamika ilə inkişaf edir və keçirilən görüş zamanı münasibətlərin müxtəlif istiqamətləri üzrə geniş müzakirələr aparılıb. Eyni zamanda qarşıdakı dövrdə daha sıx əməkdaşlığın qurulması üçün konkret addımlar da nəzərdən keçirilib. Ümumilikdə, Azərbaycan-İtaliya münasibətləri tarixən müsbət xarakter daşıyıb. 1992-ci ilin yanvarında İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb və həmin vaxtdan etibarən diplomatik əlaqələrin formalaşması prosesi başlayıb. Sonrakı illərdə qarşılıqlı səfirliklər açılıb, yüksək səviyyəli səfərlər həyata keçirilib. Baş nazir səviyyəsində Azərbaycana son səfər 13 il əvvəl baş tutmuşdu və uzun fasilədən sonra bu səfərin reallaşması münasibətlərin yeni mərhələyə keçidinin göstəricisi hesab olunur. İqtisadi sahədə əməkdaşlıq xüsusilə diqqət çəkir. “SOCAR” son illər ərzində İtaliya iqtisadiyyatına 3 milyard dollardan artıq investisiya yatırıb”. O qeyd edib ki, Azərbaycanda 130-a yaxın İtaliya şirkəti müxtəlif sahələrdə fəaliyyət göstərir və investisiya layihələrini genişləndirir:“İşğaldan azad edilmiş ərazilərdə Şərqi Zəngəzur və Qarabağ bölgələrində də 23 İtaliya şirkəti fəaliyyət göstərir və yeni layihələr icra olunur. Bu fakt iqtisadi əməkdaşlığın coğrafiyasının genişləndiyini göstərir. Enerji sahəsi iki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri olaraq qalır. Son dövrdə Azərbaycandan ixrac olunan 25 milyard kubmetr qazın 9,5 milyard kubmetri İtaliya bazarına yönəldilib. Bu göstərici İtaliyanın enerji təminatında Azərbaycanın rolunun artdığını göstərir. Gələcəkdə bu həcmin daha da artırılması üçün müzakirələr aparılır. Xüsusilə “Trans Adriatic Pipeline” layihəsinin genişləndirilməsi gündəmdədir və bu addım ixrac imkanlarının daha da artırılmasına şərait yarada bilər. Strateji tərəfdaşlıq baxımından da münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan hazırda İtaliya üçün əsas qaz və neft məhsulları tədarükçülərindən biridir. Xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyinə verdiyi töhfə daha da aktuallaşıb. Təhsil sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-İtaliya Universiteti artıq yüzlərlə tələbəyə təhsil verir və bu gənclərin gələcəkdə iki ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacağı qeyd olunur. Siyasi müstəvidə də tərəflər arasında qarşılıqlı dəstək müşahidə olunur. Azərbaycan Avropa İttifaqının 27 üzv ölkəsindən 10-u ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb. İtaliya ilə isə 2016 və 2020-ci illərdə bu istiqamətdə mühüm sənədlər qəbul edilib. Görüş zamanı qərara alınıb ki, ilin ikinci yarısında Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçirilsin. Bununla yanaşı, hərbi sənaye sahəsində də əməkdaşlıq imkanları müzakirə olunub, İtaliya texnologiyalarının Azərbaycanda tətbiqi və birgə istehsal layihələrinin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub. Bütün bu məqamlar göstərir ki, Azərbaycan-İtaliya münasibətləri təkcə mövcud əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda gələcək üçün geniş inkişaf potensialına malikdir”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
4
50
demokrat.az

10Sources