EN

® Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi OBAPlus mobil tətbiqini yenilədi

Bu il fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi müştərilərinə daha rahat və funksional alış-veriş təcrübəsi təqdim etmək məqsədilə OBAPlus mobil tətbiqini yeniləyib. Yenilənmiş tətbiq alış-veriş prosesini daha planlı, şəffaf və müştərinin dostu halına gətirir.

Yeni funksionallıqlar sayəsində istifadəçilər artıq tətbiq daxilində səbətlərini əvvəlcədən yarada, almaq istədikləri məhsulları rahat şəkildə nəzərdən keçirə və xərclərini öncədən təxmin edə bilərlər. Bu imkan alış-veriş zamanı vaxt itkisini minimuma endirməklə yanaşı, büdcənin daha səmərəli idarə olunmasına şərait yaradır.

Bununla yanaşı, tətbiqin yenilənmiş versiyası istifadəçilərə səbətlərini istədikləri şəxslərlə paylaşmaq imkanı da təqdim edir. Bu xüsusiyyət ailə üzvləri və yaxınlarla alış-verişin daha koordinasiyalı və rahat şəkildə planlaşdırılmasına kömək edir.

“OBA” marketlər şəbəkəsi müştəri məmnuniyyətini artırmaq və innovativ həllər təqdim etmək istiqamətində addımlarını davam etdirir.

Chosen
29
2
azertag.az

3Sources