Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas təkbətək formatda danışıqlar keçirirlər.
Bu barədə Adalet.az-a Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
***
14:23
Bakıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın görüşü keçirilir.
Adalet.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, görüş Kallasın Bakıya səfəri çərçivəsində XİN-də keçirilir.
"Səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan-Aİ əlaqələrinin və dialoqunun vacibliyini vurğulayır. Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün imkan yaradır", - XİN-dən qeyd ediblər.