EN

İrəvan sammiti və Bakıdan verilən mesaj: sülh prosesi hansı mərhələdədir?

“Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən sammiti regionda baş verən siyasi proseslər və Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı mərhələsi baxımından diqqət mərkəzindədir. Xüsusilə Azərbaycan Prezidentinin tədbirə videoformatda qoşulması, davam edən sülh danışıqları fonunda həm diplomatik mesaj, həm də mövcud reallıqların göstəricisi kimi dəyərləndirilir.

Politoloq Turan Rzayev News365.az-a bildirib ki, İtaliya Baş nazirinin Bakıya səfəri Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini və tərəflər arasında strateji əməkdaşlığın möhkəmləndiyini göstərir.


Onun sözlərinə görə, İtaliya hazırda Azərbaycannın Avropadakı ən mühüm tərəfdaşlarından biridir və iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlıq davamlı şəkildə genişlənir.

Turan Rzayev qeyd edib ki, Meloninin rəhbərliyi ilə İtaliyanın xarici siyasətində daha aktiv xətt müşahidə olunur və bu yanaşma Azərbaycanla münasibətlərdə də özünü göstərir.

Politoloq vurğulayıb ki, enerji və nəqliyyat sahəsində həyata keçirilən layihələr iki ölkəni daha da yaxınlaşdırır və Azərbaycan artıq Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi çıxış edir.

O əlavə edib ki, Meloninin səfəri həm siyasi, həm də strateji baxımdan regionda balanslı diplomatiyanın davam etdiyini nümayiş etdirir və Azərbaycan–Ermənistan sülh gündəliyi baxımından da əhəmiyyət kəsb edir.

Chosen
5
news365.az

1Sources