EN

WUF13 çərçivəsində D8 ölkələrinin Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu olacaq

Bakı, 5 may, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində D8 İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin energetika nazirləri, arxitektura və şəhərsalma üzrə rəhbər şəxslərinin və merlərinin iştirakı ilə Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçiriləcək.

Bu barədə Energetika Nazirliyindən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.

Xatırladaq ki, Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası bu il mayın 17–22-də Bakı şəhərində keçiriləcək. Dayanıqlı şəhərlərin inkişafına həsr olunan bu mötəbər tədbir şəhərsalma, ətraf mühitin mühafizəsi və iqlim dayanıqlılığı məsələləri üzrə qlobal dialoq və əməkdaşlıq üçün mühüm beynəlxalq platformadır.

Müxbir – Vüsalə Səfərova

Chosen
4
1
azertag.az

2Sources