EN

Ceyhun Bayramov Kallasla görüşdü



Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyası sədrinin müavini Kaja Kallas arasında geniş tərkibli görüş keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tərəflər Azərbaycan-Aİ münasibətlərinin bütün spektrini əhatə edən geniş müzakirələr aparıblar. Buraya siyasi dialoq, hüquqi və institusional əməkdaşlıq, eləcə də ikitərəfli tərəfdaşlıq gündəliyinin daha da inkişaf etdirilməsi perspektivləri daxil olub.

Xüsusi diqqət enerji əməkdaşlığına yönəldilib. Bu çərçivədə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfə verən etibarlı təchizatçı kimi rolu və bərpa olunan enerji sahəsində əməkdaşlıq məsələləri vurğulanıb.

Görüşdə həmçinin ticarət və investisiya, iqtisadi diversifikasiya, rəqəmsallaşma, innovasiya və sənaye əməkdaşlığı, eləcə də nəqliyyat və logistika əlaqələri müzakirə edilib. Bu xüsusda Orta Dəhlizin inkişafı və regional infrastruktur layihələri qeyd olunub.

Tərəflər regional və beynəlxalq təhlükəsizlik məsələlərini də müzakirə ediblər. Buraya post-münaqişə dövrü inkişaflar, yenidənqurma və bərpa işləri, humanitar minatəmizləmə və Cənubi Qafqazda davam edən normallaşma səyləri daxil olub. Dayanıqlı sülh və sabitliyə nail olmağın vacibliyi vurğulanıb.

ZÜMRÜD

Chosen
21
baki-xeber.com

1Sources