EN

Azərbaycan və Ekvador arasında ilk siyasi məsləhətləşmələr keçirilib

4-5 may tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Ekvador Respublikasında səfərdə olub.

XİN-dən APA-ya verilən xəbərə görə, səfər zamanı paytaxt Kito şəhərində Azərbaycan Respublikası Xarici İşlər və Ekvador Respublikası Xarici İşlər və İnsan Mobilliyi Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Elnur Məmmədov, Ekvador tərəfindən isə xarici işlər və insan mobilliyi nazirinin müavini Alexandro Davalos başçılıq edib.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi, humanitar, energetika, mədəniyyət, turizm və digər sahələrdə əlaqələrin hazırki vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Görüşlərdə iki kənd təsərrüfatı, biznes və sərmayələrin gəcək təşviqi məqsədilə iki ölkənin aidiyyəti qurumları arasında əməkdaşlığın qurulmasına qarşılıqlı dəstək ifadə olunub.

Yekunda ilk siyasi məsləhətləşmələrin protokolu, eləcə də Azərbaycan Respublikası Hökuməti və Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş imzalanıb.

Səfər çərçivəsində nazir müavini Elnur Məmmədov tərəfindən Ekvador Diplomatik Akademiyasında “Azərbaycanın xarici siyasəti” mövzusunda təqdimat edilib. Bununla yanaşı, Azərbaycan nümayəndə heyətinin rəhbəri tərəfindən Ekvador Xarici İşlər və İnsan Moblliyi Nazirliyinin Mətbuat xidmətinə, habelə ölkənin aparıcı “El Telegrafo” onlayn dövlət qəzetinə müsahibələr verilib.

Səfər çərçivəsində həmçinin Ekvadorda fəaliyyət göstərən Azərbaycanlı iş adamları ilə görüş keçirilib.

Chosen
9
12
apa.az

10Sources