EN

Rusiya yenə cərimələyir

Rusiyada qadağan olunmuş bəzi məzmunlara çıxışı məhdudlaşdırmadıqları səbəbilə "Google" və "Telegram"-a  ümumilikdə 22 milyon rubl (təxminən 292 min dollar) məbləğində cərimə tətbiq edilib.

"Cebheinfo.az" xəbər verir ki, "Google" və "Telegram"-a qarşı məhkəmə işlərinə paytaxt Moskva şəhərində baxılıb.

Adıçəkilən platformalarda qadağan olunmuş məzmunların silinmədiyi üçün qanunların pozulduğu qənaətinə gələn məhkəmə "Google"-un 15 milyon rubl, "Telegram"-ın isə 7 milyon rubl cərimə ödəməsinə qərar verib.

Ölkədə daha əvvəl də Instagram, "TikTok" və "Facebook" kimi müxtəlif xarici platformalara oxşar səbəblərlə cərimələr tətbiq olunmuşdu.

Digər tərəfdən, qanunları pozduqları əsas gətirilərək "Telegram" və "Google"-a məxsus "YouTube" Rusiyada tamamilə bloklanmışdı.

Chosen
15
1
cebheinfo.az

2Sources