EN

Azərbaycan Türkiyə ilə birlikdə “SİVRİSİNEK“ adlı PUA istehsal edəcək FOTO

Moderator.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Türkiyə ilə birlikdə "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatı (PUA) istehsal edəcək.

Moderator.az xəbər verir ki, bunu "Report"a "Baykar" şirkətinin baş direktoru, "SAHA" İstanbul İdarə Heyətinin sədri Haluk Bayraktar deyib.

O bildirib ki, "SAHA 2026" Müdafiə, Aviasiya və Kosmik Sənayesi Sərgisində nümayiş edilən bütün PUA-lar Azərbaycanda olan zavodlarda istehsal olunacaq. Onlardan biri də "SİVRİSİNEK" adlı pilotsuz uçuş aparatıdır:

"Bu PUA müasir hərbi texnologiyalar sırasında diqqət çəkir. Kiçikölçülü bu aparat əsasən yer hədəflərinə qarşı istifadə üçün nəzərdə tutulub".

Qeyd edək ki, sözügedən aparatın uçuş məsafəsi versiyadan asılı olaraq təxminən 900-1000 kilometr təşkil edir. Bundan əlavə sistem "fire and forget" (at və unut) prinsipi ilə işləyir və bəzi modellərdə 10 km-dən 80 km-dək artıq hədəf vurma imkanına malikdir.

PUA-nın uzunluğu 3.8 metr, qanad açıqlığı isə 3.2 metrdir. Maksimum uçuş müddəti 8-9 saatdan çox ola bilir. Saatda təxminən 55 düyün və ya dəniz mili (1 dəniz mili 1.852 km-ə bərabərdir - red.) sürəti ilə hərəkət edir.

"SİVRİSİNEK" katapult vasitəsilə buraxılır, daxili yanma mühərriki ilə işləyir və süni intellekt dəstəyi ilə hədəftanıma funksiyasına malikdir. Sistem GNSS və elektro-optik idarəetmə ilə təchiz olunub.

Mütəxəssislərin fikrincə, bu tip PUA-lar həm müşahidə, həm də zərbə əməliyyatlarında istifadə oluna bilər və müasir döyüş şəraitində çevik, effektiv vasitə hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
1
8
moderator.az

8Sources