EN

Hantavirus şübhəsi olan kruiz gəmisi araşdırılır - ÜST və İspaniya hərəkətə KEÇDİ

İspaniya Səhiyyə Nazirliyi əvvəllər Hantavirus infeksiyası aşkarlandığı bildirilən MV Hondiusdə yoxlama aparmaq üçün Ümumdünya Səhiyyə Təşkilatı ilə razılığa gəlib.

Redaktor.az xəbər verir ki, nazirlik bu addımın gəminin gələcək marşrutu ilə bağlı qərarın verilməsinə kömək edəcəyini bildirib.

Məlumata görə, İspaniya Səhiyyə Nazirliyi ÜST və digər maraqlı ölkələrlə birlikdə gəmidə yaranmış vəziyyəti yaxından izləyir və epidemioloji məlumatları dəyərləndirir.

Qeyd olunub ki, Kabo-Verdedən keçid zamanı toplanan məlumatlara əsasən, gəminin hansı istiqamətə yönləndiriləcəyi müəyyən ediləcək və hazırda yekun qərar verilməyib.

Nazirlik bildirib ki, gün ərzində epidemioloqlar qrupu gəmidə yoxlama apararaq sərnişinlərin sağlamlıq vəziyyətini qiymətləndirəcək və əlavə yoluxma hallarının olub-olmadığını müəyyən edəcək.

Aminə ŞAHSUVARQIZI

Chosen
6
9
redaktor.az

10Sources