EN

Rusiya dövlət mediası İrəvana qarşı hücum ritorikasını gücləndirib

“Rossiya 24” Ermənistanın Qərbə yönəlməsini anti-Rusiya siyasətinin tərkib hissəsi kimi təqdim edib...

Poliqon xəbər verir ki, Rusiya dövlətinə məxsus “Rossiya 24” televiziya kanalının efirində yayımlanan süjetdə Ermənistanın xarici siyasət kursu kəskin tənqid olunub. Kanalın iddiasına görə, İrəvan son dövrlərdə ardıcıl şəkildə anti-Rusiya siyasətinin mərkəzlərindən birinə çevrilir və bu istiqamətdə addımlarını genişləndirir.

Süjetdə vurğulanır ki, Ermənistanın Qərblə yaxınlaşma cəhdləri ölkənin Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində əldə etdiyi iqtisadi və ticarət üstünlüklərini risk altına qoya bilər. Bildirilir ki, bu kurs davam edərsə, İrəvanın təşkilat daxilindəki mövqeyi və ona təqdim olunan güzəştlər yenidən nəzərdən keçirilə bilər.

Materialda həmçinin Moldova ilə paralellər aparılaraq, bu ölkənin Qərbyönlü siyasətinin guya mənfi nəticələrə gətirib çıxardığı iddia olunur. Rusiya mediası Moldovanın iqtisadi və sosial problemlərini bu kursla əlaqələndirərək, Ermənistan üçün oxşar ssenarinin mümkünlüyünü istisna etməyib.

Bundan əlavə, reportajda Ukrayna prezidenti Volodimir Zelenskinin sammitdə iştirakı da tənqid olunub. İddia edilir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu platformalarda Kiyev üçün “narahat” hesab edilən məsələləri gündəmə gətirmir və bu da İrəvanın mövqeyinin birtərəfli xarakter daşıdığı kimi təqdim olunur.

Ümumilikdə, süjetdə Ermənistanın xarici siyasət kursunun dəyişməsi regionda geosiyasi balansın pozulması kontekstində qiymətləndirilir və bu istiqamətdə atılan addımların nəticələrinin ciddi ola biləcəyi qeyd edilir.

Poliqon.info

Chosen
25
50
poliqon.info

10Sources