EN

Rubinyan: Azərbaycanla normallaşma Türkiyə ilə prosesdən daha sürətlidir

Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi Türkiyə ilə paralel aparılan dialoqdan daha sürətli irəliləyir. Bunu Ermənistan parlament sədrinin müavini Ruben Rubinyan bildirib.

Rubinyan “Yerevan Dialogue 2026” beynəlxalq konfransında çıxışı zamanı qeyd edib ki, regionda daha böyük irəliləyişlər üçün “tarixi fürsət” mövcuddur və bu imkan Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılmasında da istifadə olunmalıdır.

Onun sözlərinə görə, ötən ilin avqustunadək tərəflər arasında münaqişə olsa da, hazırda Ermənistan və Azərbaycan arasında münasibətlər normallaşma mərhələsinə keçib. O vurğulayıb ki, son iki ildən artıq müddətdə sərhəddə hər iki tərəfdən itki qeydə alınmayıb.

Rubinyan əlavə edib ki, Azərbaycan tərəfindən dəmir yolu tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və birbaşa ticarətin başlanması region üçün mühüm dönüş nöqtəsidir. “Ermənistan artıq Azərbaycandan neft məhsulları idxal edir və qarşılıqlı biznes təşəbbüsləri müzakirə olunur”, –  o bildirib.

Eyni zamanda, o qeyd edib ki, Ermənistan və Türkiyə arasında 2022-ci ildən davam edən normallaşma prosesi çərçivəsində konkret addımlar atılıb. Bu addımlara İstanbul-İrəvan aviareyslərinin bərpası, hava yük daşımalarının təşkili və tarixi Ani körpüsünün birgə bərpasına dair protokolun imzalanması daxildir.

Gülnar 

Chosen
5
anews.az

1Sources