EN

Daha bir prospektdə mikromobillik zolağı təşkil olunur

Paytaxtın daha bir prospektində mikromobillik zolağı təşkil olunur.


Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Manset.az-a verilən məlumata əsasən, Xətai prospektindən başlayaraq Fəzail Bayramov, Yusif Səfərov və Hüseyn Rəsulbəyov küçələrini əhatə edəcək 2 km-lik mikromobillik zolağı Kövkəb Səfərəliyeva küçəsindəki mövcud velosiped zolağı ilə birləşdiriləcək.

"Hazırda ərazidə müvafiq nişanlanma işləri aparılır. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək. Məqsəd xüsusilə yaxın məsafələrə səfərlər zamanı mikromobillik vasitələrini yol hərəkəti iştirakçıları üçün nəqliyyat vasitəsinə çevirməkdir",-məlumatda bildirilib.

Chosen
1
8
manset.az

10Sources