Bu gün Azərbaycan Premyer Liqasında 30-cu tura yekun vurulub.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə bir matç keçirilir. Avrokuboklar uğrunda mübarizə aparan “Neftçi” səfərdə “Karvan-Yevlax”ın qonağı olub.
Hazırda paytaxt klubu 50 xalla 4-cü, Yevlax təmsilçisi isə 14 xalla sonuncu – 12-ci pillədə qərarlaşıb.
Bu komandalar arasında ilk dövrədə baş tutan oyunda hesab açılmayıb. İkinci görüşdə isə “Neftçi” qələbə qazanıb – 2:1.
5 may (çərşənbə axşamı)
16:00. “Karvan-Yevlax” – “Neftçi” – 0:3
Qollar: İmad Faraj, 31, Emin Mahmudov, 49-pen; Fredi Varqas, 57
Baş Hakim: Rauf Cabbarov
Yevlax şəhər stadionu