EN

Fars körfəzində 87 ölkənin gəmisi gözləyir

Hazırda dünyanın 87 müxtəlif ölkəsinə məxsus yük gəmiləri Fars körfəzində toplanaraq Hörmüz boğazından keçmək üçün gözləyir.

TASS Agentliyi xəbər verir ki, bunu ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper deyib. Admiralın sözlərinə görə, ABŞ hərbi komandanlığı son 24 saat ərzində onlarla gəmi sahibi və daşıma şirkəti ilə əlaqə saxlayıb. Əsas məqsəd gəmiçilik şirkətlərini Hörmüz boğazından təhlükəsiz keçidin təmin olunacağına dair məlumatlandırmaq və onlara zəmanət verməkdir.

O qeyd edib ki, körfəzdə toplanan gəmilər dünyanın dörd bir yanındakı dövlətləri təmsil edir və bu, boğazın qlobal ticarət üçün nə qədər mühüm olduğunu göstərir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

1Sources