"Biz İranla müharibədə müəyyən mənada qalib gəlirik. Ya düzgün razılaşma əldə edirik, ya da çox asanlıqla qalib gəlirik. Hərbi baxımdan artıq qalib gəlmişik. Bunu milyon dəfə dediyimi eşitmisiniz, başqaları da deyir".
Azreform.info xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
İran gəmilərini batırdıqlarını vurğulayan Tramp deyib ki, onların 159 gəmisi var idi: “İndi yoxdur. Hamısı dənizin dibindədir. İndi isə kiçik, sürətli qayıqlara çevrilib. Və bu gün biz onlardan səkkizini məhv etdik”.
İrana qarşı hərbi əməliyyatlaırn yenidən başlayıb-başlamayacağı ilə bağlı suala aydınlıq gətirən Tramp deyib ki, etməli olduğumuz işlərin əksəriyyətini etmişik, amma tamamlamaq üçün iki və ya üç həftə lazımdır: “Zaman bizim üçün həlledici amil deyil".
İki ölkə arasında atəşkəsin hələ də qüvvədə olub-olmadığı ilə bağlı suala cavab verməkdən yayınan Tramp maraqlı vcavab verib: “Əgər bu suala cavab versəm, deyəcəksiniz: “Bu adam ABŞ-ı idarə edəcək qədər ağıllı deyil””.
Mürtəza